Məhsullar

Intravex DLPData Loss PreventionIntravex VMVulnerability ManagementIntravex GRCGovernance, Risk & ComplianceIntravex Asset ManagerAsset ManagementIntravex MDMMac Device Management

INTRAVEX

Həllər Mərkəzi Bank tələbləri Platforma Akademiya Əlaqə
AZEN
Demo tələb et

Məlumatlarınızı və endpoint-lərinizi öz infrastrukturunuzda qoruyun

Intravex həssas məlumatların sızmasının qarşısını alır, zəiflikləri prioritetləşdirir, audit üçün sübut toplayır və hər cihazı görünən edir. Hər məhsul ayrıca alınır və internet bağlantısı olmadan işləyir.

Intravex DLPHost, CVE və ya fayl axtarCanlı
Bu gün bloklanıb36
Həssas fayl16 412
Aktiv policy13 / 14
Son hadisələr
VaxtKanalFayl və istifadəçiAşkarlanıbNəticə
09:41USBmaas_cedveli_2026.xlsxaysel@hr-pc-01FİN ×312Bloklandı
09:38chat.openai.compaste, 4 sətirmurad@fin-pc-07IBAN ×4Bloklandı
09:31OneDrivemuqavile_2026.pdfleyla@legal-03VÖEN ×2Audit
09:22Outlookmusteri_siyahisi.csvkamran@sales-12Kart ×85Karantin
09:15Çappasport_skan.jpgnigar@fin-pc-02Pasport ×1Audit
Intravex DLP Həssas məlumatları tapır və sızmanın qarşısını alırƏtraflı

Nümunə məlumatlar. Adlar və rəqəmlər uydurmadır.

Tam on-premiseMəlumatlar şəbəkənizdən kənara çıxmır
Offline işləyirCVE bazası daxil olmaqla
Ayrıca məhsullarYalnız ehtiyacınız olanı alın
Mərkəzi Bank tələbləriBanklar və maliyyə təşkilatları üçün

Məhsullarımız

Hər məhsulun öz agenti və öz lisenziyası var. Yeni məhsul əlavə etmək üçün yalnız lisenziya faylını yeniləmək kifayətdir.

Intravex DLPData Loss Prevention

Həssas məlumatların sızmasının qarşısını alın

FİN, VÖEN, IBAN, kart nömrələri və credential-lar kimi həssas məlumatları tapır, onların USB, cloud, brauzer, e-poçt və çap vasitəsilə çıxarılmasını bloklayır.

  • FİN, VÖEN və AZ IBAN detector-ları hazırdır
  • ChatGPT və digər AI xidmətlərinə göndərilən məlumatlara nəzarət
  • Şəkillər və skan edilmiş sənədlər üçün daxili OCR
Intravex DLP
Qərar № 14/2, 28 mart 2024

Mərkəzi Bankın tələblərinə hazır olun

Mərkəzi Bank maliyyə təşkilatlarından aktivlərin inventarını, zəifliklərin idarə edilməsini, məlumat sızmasına nəzarəti və dəyişdirilə bilməyən log-ları tələb edir. Intravex məhsulları məhz bu tələbləri əhatə edir.

Tələblər və məhsullar
  • 4.6.1İnformasiya aktivlərinin müəyyən edilməsi və inventarıAsset
  • 4.6.5–4.6.6Informasiyanın təsnifatı və label-larla işarələnməsiDLP
  • 7.21İnformasiya sızıntısının qarşısının alınmasıDLP
  • 7.18Texniki zəifliklərin monitorinqi və update-lərin idarə edilməsiVM
  • 7.1Son istifadəçi cihazlarının təhlükəsiz konfiqurasiyası və şifrələnməsiMDM
  • 7.9Hadisə log-ları: ən azı bir il saxlanma, dəyişdirilmədən qorunmaPlatforma

Sizin serverlərinizdə, internet olmadan da işləyir

Server bir paket kimi sizin infrastrukturunuzda quraşdırılır. Hər məhsulun öz agenti var və agentlər yalnız çıxan HTTPS bağlantısı açır.

WindowsMSI, Windows service, tamper protection
Linuxdeb və rpm, systemd
macOSpkg, launchd
AgentsizSSH, WinRM, SNMP
HTTPS 8443
yalnız çıxan

Intravex server, sizin data mərkəzinizdə

DLPVMGRCAssetMDM
Ortaq: konsol, rollar və SSO, audit log, lisenziya, hesabatlar

Necə başlayırıq

  1. 1

    Demo

    Sizə aid məhsulların 30 dəqiqəlik canlı nümayişi və suallarınıza cavablar.

  2. 2

    Pilot layihə

    Sizin mühitinizdə, məhdud sayda endpoint üzərində. Nəticələri rəqəmlərlə görürsünüz.

  3. 3

    Tətbiq

    MSI, deb, rpm və pkg paketləri mövcud paylama alətləriniz vasitəsilə yayılır.

  4. 4

    Dəstək və təlim

    Yerli komanda və Intravex Akademiya.

Tez-tez verilən suallar

Məlumatlarımız cloud-a göndərilirmi?

Xeyr. Intravex tam on-premise işləyir. AI funksiyalarından istifadə etsəniz, lokal model seçə bilərsiniz. Xarici model seçildikdə isə host adları və fayl yolları əvvəlcə maskalanır.

Yalnız bir məhsul almaq olarmı?

Bəli. Hər məhsul ayrıca lisenziyalanır və öz agenti ilə gəlir. Sonradan yeni məhsul əlavə etmək üçün yeni lisenziya faylı kifayətdir.

Hansı əməliyyat sistemləri dəstəklənir?

Bu, məhsuldan asılıdır: VM agenti Windows, Linux və macOS-da, DLP agenti Windows və macOS-da işləyir, MDM isə macOS üçündür. Agent quraşdırıla bilməyən hostlar SSH və WinRM ilə skan edilir.

Lisenziya necə işləyir?

Sizə lisenziya faylı verilir: məhsullar, endpoint sayı və müddət. Fayl quraşdırıldıqdan dərhal sonra məhsullar aktivləşir.

Mərkəzi Bankın tələblərinə uyğunluqda necə kömək edir?

Aktivlərin inventarını Asset Manager, məlumatların təsnifatını və sızmaya nəzarəti DLP, zəifliklərin idarə edilməsini VM, Mac cihazlarının konfiqurasiyasını MDM əhatə edir. GRC isə tələbləri framework kimi izləyir və sübutu yoxlama üçün hazır saxlayır.

Mövcud SIEM və kataloq sistemimizlə işləyirmi?

Bəli. SSO (OIDC, SAML), LDAP və Active Directory, API açarları, HMAC ilə imzalanmış webhook-lar və DLP hadisələrinin SIEM-ə ixracı dəstəklənir.

Intravex-i öz mühitinizdə sınayın

30 dəqiqəlik demodan sonra pilot layihəni sizin infrastrukturunuzda birlikdə qururuq.